Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Türkiyəyə rəsmi səfər edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçirilir.

Ş.Şərif R.T.Ərdoğanla görüşəcək.

Liderlər arasında təkbətək danışıqlardan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş olacaq.

Müzakirələr başa çatandan sonra Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərif birgə mətbuat konfransı keçirəcəklər.

Check Also

NATO İranın Türkiyəni hədəf almasını qınayıb

NATO İranın Türkiyəni hədəf almasını qınayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. …