Cümə , 26 Aprel 2024
Drone Cameras

Papaya İraqda böyük ŞOK : Sünnilərin dini lideri Şeyx Əhməd Papa Francisin görüş təklifini RƏDD ETDİ – Prezidenti belə dinləmədi…

İraqın ən yüksək sünni dini lideri Şeyx Əhməd Həsən ət-Taha İraqı ziyarət edən Katolik dünyasının lideri Papa Françis ilə görüşməkdən imtina edib.

Boyukmillet.com xəbər verir ki, bu haqda Türkiyənin “Türkiyə” qəzeti məlumat yayıb. 

Qəzetə danışan İraqın adının çəkilməsini istəməyən yüksək vəzifəli bir məmuru, Şeyx Əhməd Həsən ət-Tahanın ziyarət öncəsi edilən bütün dəvətlərə rəğmən Papa ile yan yana gəlmə təklifini rədd etdiyini söyləyib.

Irak Diyanet İşleri Başkanı, Papa'nın görüşme teklifini reddetti!  Cumhurbaşkanı bile aradı... - SüperGündem

“Təşkilat komitəsi İraq sünnilərinin ən yüksək dini məqamı olan “Rəis əl-Mücəmma əl-Fıkhi əs-Sünniy” (Diyanət İşləri Başqanı) rəhbəri Şeyx Əhməd Həsən et-Tahaya zəng etdi. Papanın ziyarəti ilə əlaqədar bir proqram hazırladıqlarını və katoliklərin lideri ilə Şeyx arasında bir görüş planlaşdırdıqlarını söylədi.

Şeyx Əhməd tərəddüd etmədən bu təklifi rədd edərək, katoliklərin lideri ilə görüşməyəcəyini bildirdi. Bundan sonra İraq prezidenti Bərham Salihi özü Şeyxə zəng edərək, heç olmazsa Papanın qarşılanma protokolunda yer almasını xahiş etdi. 

Şeyx Əhməd Həsən ət-Taha isə Prezidentə cavabında, “Papa, Məkkə və Mədinəni əvəz edəcək yeni bir dini mərkəz inşa etmək üçün İraqa gəldi. Nasiriyə-ur bu dinin mərkəzi halına gətiriləcək və xalqımızı yalan məlumatlarla aldadacaqlar. İbrahimi dinlər, dinlərarası dialoq, sülh və qardaşlıq mövzularının arxasında gizlənir. Bu səfərin fitnə məqsədi daşıdığına inanıram”, dedi. Şeyx Prezidentə Papa ilə görüşməyəcəyini bir daha təkrarladı”, deyə iraqlı yüksək vəzifəli məmur qeyd edib.

Sheikh Ahmed Hasan Al-Taha is chairman of the Iraqi Jurisprudence Council [ahmedalttaha/Facebook]

Şeyx Əhməd Həsən ət-Taha

Şeyx Əhməd, İraqda sünnilərin ən yüksək dini idarəsi olan “Rəis əl-Mücəmma əl-Fikhi əs-Sünniy”in rəhbəri olmadan öncə, Maliki hökumətini sərt tənqid etməsi ilə tanınırdı. O, Maliki dövründə ABŞ və İran işğalını sərt tənqid edirdi.

Qeyd edək ki, İraq Türkmən Cəbhəsinin lideri, millət vəkili Ərşad Salihi də “Papanın səfəri Ur mərkəzli yeni bir muxtar bölgə qurma planının bir hissəsidir. Həmin bölgəyə Ninova xristian muxtariyyəti adı verilməsini planlaşdırırlar”, deyib.

Avropa.info

Check Also

Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər

NATO Baş katibi Yens Stoltenberq 2024-cü ildə vəzifəsini tərk etdikdən sonra “Eurofighter” qırıcısının pilotu ola …