Fransanın paytaxtı Parisdə azərbaycanlı rəssam Fərhad Fərzəlinin fərdi sərgisi keçirilir.
Boyukmillet.com xəbər verir ki, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən sərginin açılışında respublikamızın YUNESKO yanında daimi nümayəndəsi Elman Abdullayev, fransalı jurnalistlər, rəsm həvəskarları və digər şəxslər iştirak edirlər.
Fərhad Fərzəlinin “Tiger is Tiger is a Tiger is a Tiger “adlı sərgisi “Dix9” qalereyasında təşkil edilib. Bu, azərbaycanlı rəssamın Fransada ilk fərdi sərgisidir.
“Dix9” qalereyasının məqsədi müxtəlif ölkədən olan gənc rəssamları Fransada tanıtmaqdır.
Sərgi fevralın 27-dək davam edəcək.
