Bazar , 19 May 2024
Drone Cameras

Parlament sədri: Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır

Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır, daha sonra Ermənistan, Rusiya və İran bu fəaliyyətə qoşula biləcəklər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə söyləyib.

“Əvvəla Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmi… Bunu daha çox işə salacağıq. Keçən həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi. Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaq”, – parlament sədri deyib.

Check Also

Ekspert: Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər

Qazaxıstan platforması Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əsas məkan ola bilər. Qazaxıstan platformasını qiymətləndirərkən …