Bazar , 15 Noyabr 2026
Drone Cameras

Paşinyan: “44 günlük müharibə zamanı hərbçilər çevriliş etmək istəyirdi” – YENİLƏNİB

“2020-ci ildə baş verən 44 günlük müharibə zamanı hərbçilər çevriliş etmək istəyirdi”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.

O bildirib ki, həmin vaxt yüksək rütbəli hərbçilərin fəaliyyətsizliyi məhz buna xidmət edirdi.

11:31

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.

Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bildirmişdi:

“Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …