Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla İrəvanda keçirdiyi görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Boyukmillet.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi, Qarabağ ermənilərinin hüquqları və təhlükəsizlik təminatı müzakirə olunub.

N.Paşinyan və T.Klaar həmçinin regionda sülh və təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistanın sərhəd delimitasiyası və yolların açılmasını da müzakirə ediblər.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …