Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Paşinyan: Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib.

“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib.

Siyasətçi güman edir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq:

“Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …