Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Paşinyan Rusiyanı Ermənistan müxalifətinə yardım etməkdə suçladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə müxalifətini Rusiya ilə birlikdə hökumətə qarşı iqtisadi böhran planı hazırlamaqda ittiham edib.

Boyukmillet.com xəbər verir ki, Paşinyan parlamentdəki çıxışında Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin bəzi erməni müxalifətçilər tərəfindən təşviq olunduğunu iddia edib.

Baş nazirin sözlərinə görə, məqsəd Ermənistanda sosial-iqtisadi böhran yaratmaq, əhalini küçə etirazlarına çıxarmaq və hakimiyyət dəyişikliyinə nail olmaqdır.

Paşinyan Moskva ilə münasibətlərin tamamilə kəsilməsindən deyil, yeni regional reallıqlara uyğun dəyişdirilməsindən danışıb. O bildirib ki, Azərbaycanla sülhün əldə olunması və Türkiyə ilə gərginliyin azalması Ermənistan–Rusiya münasibətlərinin ənənəvi hərbi-təhlükəsizlik modelini dəyişdirir.

Bu bəyanat İrəvanla Moskva arasındakı siyasi qarşıdurmanın daha da dərinləşdiyini göstərir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …