Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Bu gün “Terrorsuz Türkiyə” Prosesini İzləmə və Dəyərləndirmə Şurasının ilk iclası keçiriləcək

“Terrorsuz Türkiyə” prosesi ilə bağlı qəbul edilən “Milli həmrəylik və ictimai inteqrasiyanın gücləndirilməsinə dair” qanun çərçivəsində yaradılan İzləmə və Dəyərləndirmə Şurasının ilk iclası bu gün keçiriləcək.

Boyukmillet.com bu barədə “TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, iclas Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sədrliyi ilə baş tutacaq. Toplantının əsas gündəmi PKK terror təşkilatının buraxılması və tərk-silahı prosesinin izlənilməsi üçün görüləcək işlər olacaq.

İclasa Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və digər yüksək vəzifəli şəxslər də qatılacaqlar.

Xatırladaq ki, sözügedən qanun Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən avqustun 10-da qəbul edilib. Yeni qanunla könüllü təslim olan PKK terror təşkilatı mənsublarının hüquqi statusuna yenidən baxılır.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …