Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi

Gürcüstanda quru sərhəd-keçid məntəqələrinin yaxınlığında yük avtomobilləri üçün nəzərdə tutulan dayanacaqlar yeni qaydalarla fəaliyyət göstərəcək.

Boyukmillet.com xəbər verir ki, sərhəd-keçid məntəqələrindən 20–25 kilometr radiusda yerləşən yük avtobusları və TIR-lar üçün dayanacaqların sahibləri Quru Nəqliyyatı Agentliyinə obyektin planını təqdim etməlidirlər. Planda giriş və çıxış sxemi, dayanacaq yerlərinin, eləcə də ərazidəki tikililərin yerləşməsi göstərilməlidir.

Yeni qaydalara əsasən, belə dayanacaqlarda bir yük avtomobilindən alınan ödəniş 80 laridən (təxminən 30 dollar) çox ola bilməz. Bu məhdudiyyət dayanacaq rəhbərliyinin müəyyən etdiyi tarifdən və nəqliyyat vasitəsinin orada nə qədər gözləməsindən asılı olmayaraq qüvvədə olacaq.

Bundan başqa, Gürcüstanın sərhəd-keçid məntəqələrinə istiqamətlənən bütün yük avtomobilləri növbələrini yalnız elektron növbə idarəetmə sisteminə qoşulmuş rəsmi dayanacaqlarda gözləməli olacaqlar.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …