Bazar , 19 Yanvar 2025
Drone Cameras

Paşinyan Rusiyaya ultimatum verdi: “Lavrovun bəyanatına aydınlıq gətirin”

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi onlayn mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupunun fəaliyyətini dayandırması ilə bağlı açıqlamalarına münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, bundan əvvəl Bakıda keçirilən birgə mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, o, Azərbaycan tərəfi ilə ATƏT-in Minsk Qrupunun işini müzakirə etməyib, çünki bu qurum “Amerika və Fransa iştirakçılarının təşəbbüsü ilə fəaliyyətini dayandırıb”.

“Rusiya XİN rəhbərinin bəyanatı, yumşaq desək, qəribə səslənir, çünki xarici işlər naziri Rusiya dövlətinin başçısına tabe olan və onun rəhbərliyi altında fəaliyyət göstərən məmurdur”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, 2022-ci il aprelin 19-da Moskvaya rəsmi səfəri zamanı Ermənistan Nazirlər Kabinetinin rəhbəri Rusiya Federasiyasının prezidenti ilə birgə bəyanat imzalayıb və orada deyilir ki, “Biz ATƏT-in Minsk Qrupunun potensialından, onun beynəlxalq mandatından istifadə etməklə Dağlıq Qarabağ (belə ifadə və qurum yoxdur) münaqişəsinin (münaqişə də artıq sona çatıb) nizamlanmasında əməkdaşlıq etməliyik”.

Baş nazir Rusiyadan bəyanatına aydınlıq gətirməsini tələb edib. 

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …