Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Paşinyan Türkiyə ilə sərhədlərin açılmasından DANIŞDI

Ermənistan və Türkiyə arasında sərhədlərin açılması, eləcə də diplomatik münasibətlərin qurulması sadəcə zaman məsələsidir.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışı zamanı deyib.

“Hazırda buna qarşı heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm. Amma əminəm ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və normal qonşu ölkələrə çevriləcəklər”, – Paşinyan bildirib.

Ermənistan hökumət başçısı əlavə edib ki, İrəvan və Ankara arasında dialoq davam edir və hər iki tərəf münasibətlərin sabitləşməsində maraqlıdır.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …