Bazar ertəsi , 27 May 2024
Drone Cameras

Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur

Paytaxtın 19 küçə və prospektində sıxlıq müşahidə olunur.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətindən məlumat verilib.

Hazırda yollardakı vəziyyət :

  1. Bakı-Sumqayıt şosesi, Xırdalan dairəsi istiqamətində;
  2. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;
  3. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metrostansiyası istiqamətində;
  4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
  5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  6. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
  7. Həsən bəy Zərdabi küçəsi, Qələbə dairəsi istiqamətində;
  8. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
  9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
  10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
  11. Ak. Həsən Əliyev küçəsi, Tbilisi prospekti istiqamətində;
  12. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
  13. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
  14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
  15. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;
  16. Şəmsi Bədəlbəyli küçəsi, Qış parkının qarşısından Mərkəzi Bank istiqamətində;
  17. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
  18. Zərifə Əliyeva küçəsində;
  19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …