Şənbə , 27 İyul 2024
Drone Cameras

Paytaxtda taksi sürücüsü və daha bir nəfərdən 14 kiloqram narkotik aşkarlanıb

Bakının Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqini saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

O.Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. R.Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. O.Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.

Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Check Also

Azyaşlını qəsdən öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin istintaqı tamamlanıb

Sumqayıt şəhəri ərazisində martın 31-də dəniz sahilində uşaq meyitinin aşkar edilməsi faktı üzrə şəhər prokurorluğunda …