Bazar , 23 Fevral 2025
Drone Cameras

Peru paytaxtının məşhur körpüsü Azərbaycan bayrağının rənglərinə bürünüb

Peru paytaxtı Lima şəhərinin əsas tarixi və mədəni rayonu hesab olunan Miraflores rayonunda yerləşən “Mellizo Villena Rey” körpüsü Müstəqillik Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Boyukmillet.com xəbər verir ki,bu barədə  Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən bildirilib.

Həmçinin körpünün üzərində “Azərbaycan – Müstəqillik Günü” yazısı əks olunub.

Qeyd edək ki, dostluq və sevgi rəmzi olan körpü Peru paytaxtının iki mərkəzi Miraflores və Barranko rayonlarını birləşdirir.

Azərbaycan bayrağının rənglərinə bürünmüş körpü gecə boyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …