Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Polad Həşimov parkı istifadə üçün tam hazırdır – FOTOREPORTAJ

Bakıda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adına salınan parkda işlər tam yekunlaşıb.

Boyukmillet.com xəbər verir ki, həm də parka birləşən həyətlər də abadlaşdırılıb:

“Görülən işlər çərçivəsində uşaqdan böyüyə hər kəsin rahatlığının təmin olunması nəzərdə tutulub. İdman qurğuları, attraksionlar, yaşlı insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün söhbətkeşlər və oturacaqlar quraşdırılıb”.

Parkda həmçinin abidə kompleksi də yaradılıb. Polad Həşimovun və 8 şəhidin xatirə lövhəsi vurulub.

Eyni zamanda parka yaxın olan 8 binanın fasadları təmir olunub, həyətlərdə idman qurğuları, şahmat meydançası, mini stadion yaradılıb.

Qeyd edək ki, sabah – iyulun 14-də Polad Həşimovun doğum günündə parkın açılış mərasimi keçiriləcək.

Foto: Mircavid Eminoğlu

Check Also

Zelenski Qərbi tənqid edib: “Yoxsa Rusiya tanklarını gözləyirsiniz?”

Prezident Volodimir Zelenski Rusiya raketlərinin NATO üzvü olan Polşa ilə sərhədə zərbə endirdiyi üçün Qərb …