Drone Cameras

Polislər Xocavənddə minalar aşkar ediblər

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər.

Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …