Cümə , 17 May 2024
Drone Cameras

Politoloq: “Qarabağa hərbi texnikanın daşınması beynəlxalq hüququn pozulmasıdır”

“Qarabağa hərbi texnika və şəxsi heyətin daşınması beynəlxalq hüququn pozulmasıdır”.

Bunu “Report”a açıqlamasında ekspert, politoloq Zaur Məmmədov deyib.

“Ermənistan Azərbaycanla bağlı qapılar arxasında danışıqlar apararkən bizim şərtlərimizi qəbul edir. Məsələn, Praqada olduğu kimi. O vaxt tərəflər 1991-ci ildə imzalanmış Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıb. Digər tərəfdən, Ermənistan de-fakto Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımır. Odur ki, bu ölkə belə ziddiyyətli hərəkətlərlə danışıqların əsas prinsiplərini pozur”, – politoloq bildirib.

Onun fikrincə, Azərbaycan və Ermənistan liderləri arasında görüşlərdə iştirak edən vasitəçilər susmamalıdır, çünki hadisələrin belə mənfi istiqamətdə cərəyan etməsi onların imicinə də təsir göstərir: “Ermənistan Azərbaycan sərhədlərini tanımırsa, o zaman biz də onun sərhədlərini tanımamalıyıq. Ziddiyyətli addımlar atan Nikol Paşinyan öz ərazilərini necə müdafiə edəcəyi barədə düşünməlidir. Bir sözlə, hadisələrin gedişatı göstərir ki, Ermənistan Qarabağdakı separatçılara və qanunsuz birləşmələrə havadarlıq edir”.

Z.Məmmədovun sözlərinə görə, dünya ictimaiyyəti Ermənistanın azərbaycanlı ekofəalların Qarabağdakı aksiyasına niyə belə kəskin reaksiya verməsini anlamalıdır: “Onların Laçın yolunda olması separatçılara qanunsuz məhsulların və silahların verilməsinin qarşısını alır”.

Politoloq vurğulayıb ki, Ermənistan hələ də hərbi birləşmələrini Qarabağdan çıxarmayıb və bu, 2020-ci il noyabrın 10-da imzalmış üçtərəfli bəyanatın kobud şəkildə pozulmasıdır: “Beləliklə, regionda sabitliyin pozulmasına görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”.

Check Also

Birinci Qarabağ müharibəsində itkin düşən Gülalı Dadaşovla vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşovla …