Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Polşa hava limanlarını bağlayıb, ordu döyüş hazırlığı vəziyyətinə gətirilib

Sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı Polşa planlaşdırılmamış hərbi fəaliyyətə görə “Jeşuv-Yasenka”, “Lyublin” beynəlxalq hava limanlarını və Varşavanın hər iki hava limanını bağlayıb.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə aviasiya heyətinin (NOTAM) təcili məlumatında deyilir.

Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı X sosial şəbəkəsində hava məkanının mühafizəsini təmin etmək üçün bütün zəruri prosedurları işə saldığını bildirib.

Məlumata görə, havaya təkcə Polşa qırıcıları deyil, digər NATO ölkələrinin də təyyarələri qaldırılıb.

Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, “Jeşuv-Yasenka” hava limanı Qərbin Ukraynaya yardımının ötürülməsi üçün əsas logistika mərkəzidir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …