Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Polşa mediası Qarabağ iqtisadi rayonundan yazdı

Dünya Azərbaycanlıları Beynəlxalq Fondunda (DABF) təmsil olunan Polşa Azərbaycanlıları Şurası tərəfindən Polşadakı qeyri-hökumət təşkilatlarına və xəbər portallarına Qarabağ iqtisadi rayonu haqqında dolğun informasiyalar göndərilib.

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli Xəzərnews.az-a bildirib ki, bu informasiyalar Polşanın tanınmış bir sıra saytlarında və bloqlarında dərc olunub.

F.Cəfərli bildirib ki, məlumatda Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin faktiki durumu, ərazidəki ekoloji vəziyyət, 2020-ci ilin noyabr ayında imzalanmış Bəyanatın icra prosesi, Laçın-Xankəndi yolundakı keçid məntəqəsi, ərazidə yaşayan ermənilərin inteqrasiya prosesini gecikdirən amillərdən bəhs olunur:

“Hazırda Qarabağda yaşayan erməni sakinlərinin sayı göstəriləndən ən azı iki dəfə azdır.
Onların Azərbaycana reinteqrasiyası üçün müzakirələr davam etdirilir”.

Check Also

Diasporun güclü təşkilatları küsdürüldü, dağıdıldı… – Bülənt Gürçam

“Azərbaycan diasporu son 20 ildə ancaq dağılma, parçalanma prosesi yaşıyır”. Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycan …