Bazar , 19 May 2024
Drone Cameras

Qaxda Vətən müharibəsi şəhidləri yad edilib

27 Sentyabr – Anım Günü ilə bağlı Qax rayonunun Şəhidlər xiyabanında ümumrayon tədbiri keçirilib.

Boyukmillet.com xəbər verir ki, anım mərasimində rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti, qazilər​ və şəhidlərin yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edənlər 27 sentyabr 2020-ci il tarixdən təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti təxribatlarının qarşısının alınması üçün həyata keçirilən əks-hücum əməliyyatları ilə Vətən müharibəsinin başlanıldığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq düşmən üzərində parlaq Qələbə qazandığını bildiriblər.

Tədbirdə Vətən müharibəsinin şəhid ailələri, qaziləri və müharibə iştirakçıları da çıxış edərək Azərbaycanın bu tarixi Zəfərinin əldə olunmasında xalqımızın həmrəyliyindən, əsgər və zabitlərimizin keçdiyi döyüş yollarından, göstərdikləri şücaətlərdən söhbətlər açıblar.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycan Ordusunun 44 gün ərzində düşmən üzərində qazandığı qələbənin şəhidlərin canı-qanı bahasına əldə olunduğu vurğulanıb.

Check Also

Bu il pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib

Son dörd ayda pensiya ödənişlərinə 263 milyon manat çox olmaqla 2 milyard 152 milyon manat …