Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Polşada azərbaycanlı sürücüyə xəsarət yetirdilər – FOTOlarv

Polşada azərbaycanlı sürücü zorakılığa məruz qalıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Lent.az-a həmin ölkədə yaşayan soydaşlarımız məlumat verib.

Məlumata əsasən, hadisə paytaxt Varşavada qeydə alınıb. Polşa vətəndaşı olan şəxs azərbaycanlı sürücünün avtomobilinə hücum edərək, xeyli zərər vurub. Həmin şəxs səbəb kimi dayanma-durma qaydalarının pozulmasını bəhanə edib. Bu zaman azərbaycanlının avtomobilində olan qadın sərnişin cinayətkara etiraz edərək, onun görüntülərini çəkib. Lakin qadının hərəkəti polşalını daha da hiddətləndirib və o, sürücüyə də hücum edərək, xəsarət yetirməyə başlayıb.

Zərərçəkən həmyerlimiz hadisə ilə bağlı polisə müraciət edib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …