İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.
Boyukmillet.com xəbər verir ki, bu “Norviç”dir. Komanda 35-ci turda doğma meydanda “Vest Hem”ə 0:4 hesabı ilə uduzub.
Bu nəticədən sonra 21 xalda qalan “Norviç”in ölkə çempionatının bitməsinə 3 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib.
Bununla da komanda 5-ci dəfə aşağı liqaya göndəriləcək.
Qeyd edək ki, “Vest Hem” 34 xalla 16-cı, “Norviç” 21 xalla sonuncu pillədə qərarlaşıb.