Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident Əliyevin Rusiya KİV-nə faşist “Njde”və “Dro” barədə dediyi dəqiq faktlardakı Ermənistan XİN-ni sarsıdan mahiyyətlər… – Aydın Quliyev yazır…

Faşist Njde məsələsi Ermənistanı çətin duruma salıb. “Od parçası” kimi yerə qoyur yer yanır, əlində  saxlayır əl yanır…

Bu sözləri “Bakı Xəbər” qəzetinin və eyniadlı saytın baş redaktoru, politoloq Aydın Quliyev Prezident İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə müsahibəsində İrəvanda faşist Njdeyə heykəl qoyulması ilə bağlı səsləndirdiyi fikirlərə erməni KİV-nin əslində çox primitiv sayılacaq səviyyədə əsassız və arqumentsiz cavabını şərh edərkən yazıb. Özünün facebook sosial şəbəkəsindəki səhifəsində yerləşdirdiyi şərhində politoloq daha sonra yazır:

Prezident Əliyev Rusiya KİV-nə müsahibəsində məsələni yenə gündəmə gətirdi. Hücum diplomatiyasında səhifə açdı. 2019-cu ilin oktyabrında Aşqabad zirvəsində başlatdığı “Ermənistanın faşizmə pərəstiş “siyasətinin ifşasını qəti olaraq dünya rəyinə çevirdi. Zərbə o qədər ağır oldu ki, Ermənistan XİN Azərbaycan Prezidentinin müsahibəsinə qarşı ayrıca cavab bəyanatı ilə çıxış etdi, ancaq yalan və tutarsız “arqumentlərlə”….

Ermənistan XİN-in bəyanatından seçmələr və əks arqumentlər…

1.Bəyanatda deyilir ki, qələbənin 75 illiyi dünyanın şərlə mübarizəsində xalqların birliyinə qiymət vermək üçün yaxşı fürsətdir. Yəqin dünya bu qeyri-səmimi mülahizəyə güləcək. Ermənistan nə vaxtsa dünyada xalqları birləşdirən hansısa addımı atıbmı?…

2.Bəyanatdan:”Tarixi yaddaş insan ləyaqətinin vacib dəyəridir”. Onda  saxta tarix yaradan erməniçiliyin ləyaqət ölçüsü hansı dəyər ola bilər?

3.Bəyanatdan:”Azərbaycan prezidenti 75 illikdən aqressiv antierməni təbliğatı üçün istifadə etdi”. Olmuş dəqiq faktı açmaq nə əsasla sui-istifadə sayıla bilər?

4.Bəyanatdan:”Erməni xalqının İkinci Dünya müharibəsinə töhfələri “qızıl xətlə”yazılıb. Əks-arqument…Eyni vaxtda həm Qızıl Orduya, həm də xaincəsinə Hitler Vermaxtına əsgər vermək “qızıl xətlə” yazılmış səhifə ola bilərmi?

5.Bəyanatdan:”Biz Qızıl Ordu sıralarında, kəşfiyyatda və və Müqavimət hərəkatında iştirak etmiş qəhrəman erməniləri xatırlayırıq. Onların qəhrəmanlığı və cəsurluğu Birinci Dünya müharibəsində ata-babalarının cəsarətinə uyğundur”. Qızıl Ordu məsələsini dedik – eyni vaxta Qlzıl Ordu ilə bərabər həm də Vermaxta əsgərlər vermək ancaq xəyanət əlaməti idi. Ermənilərin Böyük Vətən müharibəsinin kəşfiyyatındakı fəaliyyəti də “bətndə bic uşaq gəzdirməyə” bənzəyir. 1943-cü ildə Tehran konfransında SS generalı Otto Skorçeninin Stalinə, Ruzveltə və Çörçillə hazırladığı sui-qəsdin pozulmasını “ağzının qıraqlarında ana südü hələ qurumamış “19 yaşlı Vartanyan adlı guya “əfsanəvi”erməni sovet kəşfiyyatçısının adına yazmaq cəhdləri çoxdan ifşa olunub və sübut edilib ki, bu işdə əslən Bakıdan olan və son illərdə Bakıda vəfat etmiş azərbaycanlı kəşfiyyatçı əsas rollardan birini oynayıb.

6.Bəyanatdan:”Ermənistanda Böyük Vətən müharibəsinə aid 600-dən çox abidə var və qorunur. “Əcəb qorunur…Bir tərəfdə Sovet İttifaql Qəhrəmanı Aşot Əsriyanın, o biri tərəfdə faşist Njdenin və “Dro” ləqəbli faşist Drastamat Kanoyanın heykəlləri, onların yanına hansı məntiqlə qoyulmağa hazırlıq görüldüyü dinc antimüstəmləkəçi hind Mahatma Qandinin heykəlini isə hələ demirəm… Ermənistan SSR  pasport qeydiyatlı azı 200 min etnik azərbaycanlı Böyük Vətən Müharibəsinə yollandığı və həlak olduğu halda, onların niyə bircə nəfərinin xatirəsi Ermənistanda  əbədiləşdirilmədi? Niyə bircə nəfər azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adı almasına imkan verilmədi?

Ermənistanda bu reallıqları unutdurmaq istəyirlər. Prezident Əliyevin Rusiya KİV-nə “faşist Njde” və  “Dro” barədə dediyi dəqiq faktlardakı  Ermənistan XİN-ni sarsıdan mahiyyətlər budur…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …