Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Prezident Administrasiyası rəsmisindən mediaya – Çağırış

Parlament seçkiləri bugünkü gündəmin əsas mövzusudur.

Bunu Avropa Şurasının Mərkəzi Seçki Komissiyası ilə birlikdə keçirdiyi “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyasında Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova deyib.

O bildirib ki, 2019-cu ildə Azərbaycanda həyata keçirilən islahatlar həm mahiyyət, həm də keyfiyyətinə görə əvvəlki illərdən fərqlənib.

S.Yusifovanın sözlərinə görə, aparılan genişmiqyaslı islahatlar ictimai münasibətlərə də öz müsbət təsirini göstərir.

S.Yusifova əlavə edib ki, parlament seçkilərinin keçirilməsi də islahatların tərkib hissəsidir. PA rəsmisi bildirib ki, seçkilər müasir standartlar çərçivəsində keçiriləcək.

S.Yusifova qeyd edib ki, media seçki prosesində aktiv iştirak edir.

“Seçkilər dövründə media prosesləri obyektiv işıqlandırmalıdır. Bütün namizədlərə bərabər şərait yaradılmalıdır”, – deyə S.Yusifova bildirib.

O əlavə edib ki, seçki prosesində qanunvericiliyin pozulması halları da istisna deyil.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …