Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Prezident: “Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir”

Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında deyib.

“Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə hörmətə görə Sizə xüsusi təşəkkür bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib”, – dövlət başçısı vurğulayıb.

Qırğızıstanda Qırğız-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin açılacağını qeyd edən Prezident İlham Əliyev bildirib ki, əməkdaşlığımızın bütün bu əlamətdar məqamları Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və münasibətlərin qardaş xarakterini ifadə edir.

Azərbaycan Prezidenti ölkələrimizin bundan sonra da səmərəli əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb.

Check Also

“Rusiya Qafqazdan sakitcə çəkilməyəcək…” – Kremldən Zəngəzur və AES təhdidi

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın TRIPP layihəsində mümkün iştirakının parametrlərini İrəvanla müzakirə …