Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Prezident bu dəfə hər kəsə “harda Qarabağ varsa, orda Azərbaycan var” kimi qanadlı bir mesaj verdi”… – Aydın Quliyev yazır…

Prezident Azərbaycanın neft-qaz və Qarabağ strategiyalarının döğru olduğuna qətiyyətli inamı bir daha bütün dünyaya göstərdi. Neft və Dağlıq Qarabağ strategiyalarının bir-birini taktiki və strateji olaraq tamamladığına bundan daha klassik izah verilə bilməzdi. Prezident Əliyev Xəzərdəki Qarabağ yatağına azı 25 ildən sonra yenidən və həmişəlik qayldışımızı əzəli torpağımız olan Dağlıq Qarabağa da mütləq qayıdacağımızın tarixi rəmzi kimi təqdim etdi. Prezident əslində daha əvvəllər məlum beynəlxalq dairələrə ittiham hökmü ilə dediyi qanadlı frazanı yeni məntuqlə bir daha təkrarladı. Dövlət başçısı bu dəfə hər kəsə “harda Qarabağ varsa, orda Azərbaycan var” kimi qanadlı bir mesaj verdi.

“Qarabağ” yatağı üçün dayaq platformasının dənizə buraxılması mərasimində Prezidentin ənənəvi olaraq siyasi Qarabağ mövzusunu gündəmə gətirməsinin böyük ideoloji və diplomatik təsir gücü var.

Prezidentin çıxışında diqqət çəkən başqa bir məqam Azərbaycanın neft-qaz strategiyasının həlledici uğur səbəbləri ilə bağlı yeni detalları açması oldu. Prezident həm neft-qaz strategiyasının uğurla davam etməsinin, həm də Avrasiyanın enerji xəritəsinin yenidən çəkilməsində Azərbaycanın niyə belə önəmli rol oynadığını sübut etdi. Neft-qaz strategiyası sahəsində Azərbaycanın mahirliyinin əsas göstəricisi odur ki, həyata keçirilən layihələr bir-birini inkar etmir, tamamlayır və hər bir layihə yeni layihələr üçün əhəmiyyətli bazaya çevrilə bilir. Prezidentin çox dəqiq ifadə etdiyi kimi , həqiqətən 94-cü ilin böyük neft kontraktı olmasaydı, sonrakı mərhələlərdə “Şahdəniz”, Cənub Qaz Dəhlizi və digər layihələr də gerçək ola bilməzdi. Azərbaycanın neft-qaz strategiyasının icrasında məntiqsizlik elementlərindən tam sığortalanmış bitkin sistem var və hətta enerji qiymətlərinin müasir böhranı şəraitində ölkəmizin neft-qaz sektoruna xarici investisiya marağının hələ yüksək qalması təsadüf deyil. Bu gün nefti və qazı Azərbaycandan çox olan ölkələrdə belə bu sahəyə daxili və beynəlxalq investisiya marağı zəifləyib. Prezidentin Azərbaycanın neft-qaz sektoruna beynəlxalq marağın yüksək qalması ilə bağlı sözləri reallığı ifadə edən faktdır və uzun dövrlər ərzində dəyişməz qalacağına böyük əsaslar var.

 “Qarabağ”yatağının yenidən açılması faktı Azərbaycanın ümumən neft-qaz yataqlarına beynəlxalq investisiya maraqlarını daha da artıran stimula çevrilə bilər. Bugünə qədər kimlərinsə səmərəsiz saydığı bəzi başqa yataqlarla bağlı yenidən fəal kəşfiyyat işlərinin başlanacağı istisna deyil.

Prezidentin mərasimdəki fukir və təhlilləri Azərbaycanın özünün enerji təhlükəsizliyinə möhkəm təminatların olduğuna inamı gücləndirmək baxımından da çox əhəmiyyətlidir. Bütün bunlar isə belə bir şəksiz rəyin daha da möhkəmlənməsi deməkdir ki, Azərbaycan həqiqətən də hələ uzun zamanlar Avrasiyanın stabilləşdirici enerji faktorlarından biri kimi rol oynayacaq.

Check Also

Azər Qasımlımın ölkədən çıxışına qadağa qoyulub

O, Bakı Hava Limanından xaricə buraxılmayıb Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ölkədən çıxışına qadağa …