Cümə , 17 Aprel 2026
Drone Cameras

Prezident: “Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək”

Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.

“Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik”, – dövlət başçısı bildirib.

Prezident İlham Əliyev birgə iqtisadi komissiyanın ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayıb: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

Check Also

İraq bayrağı altında üzən supertanker Hörmüz boğazındakı ABŞ blokadasını keçə bilib

İraq bayrağı altında üzən “Agios Fanourios I” supertankeri Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub. …