Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident: “İƏT Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləyib”

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləmiş, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl surətdə dəstəkləmişdir. Buna görə İƏT-ə üzv dövlətlərə minnətdarlığımızı bildiririk”.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransının iştirakçılarına ünvanladığı müraciətində əksini tapıb.

“Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, mədəni və dini abidələrimiz məhv edilmişdir. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətlədirmələrə görə 1 milyona yaxın mina basdırmış, burada urbisid, kultursid və ekosid törətmişdir. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə-yeksan edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir etmişlər. İƏT əvvəllər işğal altında olmuş ərazilərimizdə İslam tarixi və mədəni abidələrinin, ziyarətgahların Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləmiş, məscidlərin təhqir olunmasını hiddətlə qınammışdır”, – dövlət başçısının müraciətində qeyd edilib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …