Cümə , 17 Aprel 2026
Drone Cameras

Prezident İlham Əliyev: “Azərbaycandakı yəhudi icması ölkəmiz üçün böyük sərvətdir”

Bu gün biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması imkanlarını da müzakirə etdik. Hazırda (ölkələrimiz arasında – red.) həftədə cəmi 4 reys yerinə yetirilir. Fikrimcə, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqla mətbuata bəyanatında söyləyib.

Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi (İsrail vətəndaşlarına – red.) barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun (Yəhudi icması – red.) ölkəmiz üçün böyük sərvət olduğunu deyib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …