Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Prezident İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb

Prezident İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, “Hədəfli maliyyə sanksiyaları haqqında” qanun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

HMS terrorçuluğa və terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə görə tətbiq oluna bilər.

HMS fiziki şəxslərə və qurumlara qarşı tətbiq oluna bilər. Qurumların dairəsi qanun layihəsinin 1.1.4-ü maddəsində göstərilir. HMS tədbirlərinin tətbiqi üçün əsas BMT TŞ-nin müvafiq qətnamələridir. HMS cinayət mühakimə icraatı çərçivəsində tətbiq edilən tədbirləri əvəzləmir və önləyici xarakter daşıyır.

HMS tədbirləri aşağıdakı formalarda icra edilir:

– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlərinin təxirəsalınmadan dondurulması;

– sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlər, iqtisadi resurslar və ya maliyyə və digər əlaqəli xidmətlərlə təmin edilməsinin qadağan olunması.

Aktivlər terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, kütləvi qırğın silahlarının yayılması və yayılmasının maliyyələşdirilməsi fəaliyyəti ilə əlaqəli olub-olmamasından asılı olmayaraq dondurulur.

Sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar beynəlxalq siyahılara BMT TŞ-nin müvafiq sanksiya komitələri tərəfindən, ölkədaxili siyahıya isə Azərbaycan Respublikası məhkəmələrinin qərarları əsasında daxil edilir.

Beynəlxalq və ölkədaxili siyahılar HMS dair internet informasiya ehtiyatında dərc edildiyi vaxtdan təxirəsalınmadan və sanksiya tətbiq edilmiş fiziki şəxslərə və qurumlara xəbərdarlıq etmədən aktivlər dondurulmalıdır.

Qanun fevralın 1-dən qüvvəyə minir.

Check Also

Azərbaycanda vergi orqanlarının vəzifəli şəxslərinin maaş artımının maliyyə tutumu açıqlanıb

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin ümumi tutumu 4,9 milyon manat təşkil edir. Boyukmillet.com …