“Bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
“Bu, imkan verir ki, biz valyutanı təkcə neft, qaz hesabına yox, eyni zamanda digər məhsullar hesabına ölkəmizə gətirək. Nəzərə almalıyıq ki, ölkədə əhali artır. Deməli, tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər”, – Prezident vurğulayıb.