Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Prezident İlham Əliyev Xankəndi şəhəri ilə bağlı fərman imzalayıb

Xankəndi şəhəri yeni yaradılan Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” imzaladığı fərmanında bildirilib.

Qarabağ iqtisadi rayonunun tərkibinə Xankəndi şəhəri ilə yanaşı Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir.

Qeyd edək ki, bundan əvvəl Xankəndi şəhəri Yuxarı Qarabağ iqtisadi rayonunun tərkibinə daxil edilib. Azərbaycan Prezidentinin bugünkü fərmanı ilə həmin iqtisadi rayon ləğv olunub.

Check Also

ABŞ Dövlət Departamentində Azərbaycanda insan haqlarının durumu ilə bağlı görüş keçiriləcək

Martın 2-də ABŞ Dövlət Departamentində Azərbaycan səfiri ilə insan haqları mövzusunda görüş keçiriləcək. Məlumata görə, …