Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Prezident İlham Əliyev 3 gün ərzində and içəcək

Yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyev 3 gün ərzində and içəcək.

Boyukmillet.com-un xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Plenumunun bu gün keçirilən iclasında prezident seçkilərinin nəticəsi təsdiqlənib.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …