Şənbə , 14 Mart 2026
Drone Cameras

Prezident İlham Əliyev: “Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər”

“Ötən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən həyata keçirilmiş əməliyyat nəticəsində 90-cı illərin əvvəllərində zəbt edilmiş 11 min hektar ərazi düşməndən azad edildi. Azərbaycan tərəfindən böyük mühəndislik, kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə həyata keçirildi”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında keçirilən hərbi paradda Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bildirib.

Ali Baş komandan qeyd edib ki, Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq göstərib: “Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni icra edə bilərik, icra da edirik.

2016-cı il aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var”.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir