Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Prezident Sabir Rüstəmxanlı haqda sərəncam verdi – Təltif

Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncama əsasən, Sabir Xudu oğlu Rüstəmxanlı “Şöhrət” ordeni ilə təltif edilib.

S.Rüstəmxanlı Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, S.Rüstəmxanlı 1946-cı ilin mayın 20-də Yardımlı rayonunda anadan olub. Bu gün onun 75 yaşı tamam olur.

S.Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri və Milli Məclisin deputatıdır.

Check Also

Azərbaycanda Anım Günüdür

 Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. Boyukmillet.com xatırladır ki, 2020-ci ilin sentyabrın 27-də …