Bazar , 23 Fevral 2025
Drone Cameras

Prezident Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının açılışını edib – YENİLƏNİB

Martın 1-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub.

Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada ölkəmizdə dənizçilik peşəsinin qədimliyini əyani vasitələr, interaktiv təqdimatlarla ziyarətçilərə çatdıran “Üç əsrin şahidi” adlı muzey də yerləşir. Binanın inşası zamanı həm eskteryerdə, həm də interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub. Müasir texnoloji sistemlərlə təchiz olunmuş binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

13:06

Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün inşa olunmuş yeni inzibati binanın açılışı olub.

Boyukmillet.com  xəbər verir ki, Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …