Bazar , 23 Fevral 2025
Drone Cameras

Prezident yolların tikintisinə 6,8 milyon manat ayırdı

Prezident İlham Əliyev “Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Boyukmillet.com xəbər verir ki, sərəncamla Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …