Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezidentin köməkçisi: “Biz Ermənistanla sülh müqaviləsinin bağlanmasında iddialıyıq”

“Azərbaycan torpaqları işğal altında idi, Azərbaycan uğurla apardığı hərbi əməliyyatlar nəticəsində Ermənistanı sülhə məcbur etdi, torpaqlarını işğaldan azad etdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib: “Lakin Azərbaycan özü təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etdi. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı danışırıq. Azərbaycan sülh müqaviləsinin bağlanması ilə bağlı təkliflər irəli sürüb. Biz sülh müqaviləsinin bağlanmasında iddialıyıq”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …