Azərbaycan Prezidentinin imzaladığı sərəncamla 150 min tələbə və doktorantların təqaüdləri artırılıb.
Boyukmillet.com xəbər verir ki, bunu əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən ümumilikdə 660 min nəfərə yönələn sosial müavinət və təqaüdlərin artırılması təmin edilir.
Ümumilikdə 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar edilib və bunun üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.
