Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezidentin xüsusi nümayəndəsi: “Zəngilan “Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyalarına tam uyğun olacaq”

“İşğal dövründə tamamilə dağıdılan Zəngilan şəhərində ekosistemin bərpası üçün 20 min çinar ağacı, 1 000 kiloqrama yaxın palıd toxumu əkilib”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

O bildiirlib ki, bunun əsas məqsədi ətraf mühitin bərpası və meşələrin qurulmasıdır:

“Bununla yanaşı, şəhərin baş planı hazırlanıb. Plan hazırlanarkən şəhərin özünəməxsusluğu və təbiət qorunub saxlanılıb. Baş planın əsasını rahat yaşayış, yaşıl, təmiz və müasir innovasiyalar kimi şəhər yanaşmaları təşkil edir. Şəhərin özünəməxsus simasını formalaşdırarkən, baş plan hazırlanarkən bölgənin memarlıq ənənələri araşdırılıb. Bunun əsasında tarixi mühitin qorunması ilə yanaşı müasir yanaşmalar da tətbiq edilib.

Şəhər proqresiv innovasiyalarla təhciz edilmiş azmərkətəbli binalar və fərdi yaşayış evlərindən ibarət olacaq. Gələcəkdə Zəngilan “Yaşıl şəhər” və “Ağıllı şəhər” konsepsiyalarına tam uyğun olacaq”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …