Cümə , 13 Mart 2026
Drone Cameras

Profesor şəhidimizin büstünün açılışında iştirak edib

Profesor Mahirə Nağıqızı, Bərdə şəhərində şəhid Xudayar Yusifzadənin büstünün açılışında iştirak edib.


Boyukmillet.com xəbər verir ki, profesor şəhidin ailə üzvüləri ilə görüşüb, onlara başsağlığı verib. Daha sonra büstün açılışı ilə bağlı keçirilən tədbirdə çıxış edib.


Profesor çıxışı zamanı vətən müharibəsində şəhidlərimizin xatirəsini yad edərək, onların hər birinin və xüsusən Xudayar Yusifzadənin bizlər, yeni nəsil gənclər üçün qəhrəmanlıq, fədəkarlıq, məktəbi olduğunu bildirib.

Şəhidlərimizin milli ruhundan qidalanaraq məktəblilərimizin, bu ruhda yetişəcəyinə əmin olduğunu deyib.


X.Yusifzadənin oxuduğu nəğmənin millət olaraq yaddaşımızda, qəlbimizdə taxt qurduğunu söyləyib.


Ayna Fərhad

Check Also

“Crocus City Hall” hücumu ilə bağlı 15 nəfərə ömürlük həbs cəzası verilib

“Crocus City Hall”da baş vermiş hücumla bağlı həbs olunanlara hökm oxunub. RBK-nın məlumatına görə, Qərb Dairə Hərbi …