Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

“Qəbələ”nin avrokubok oyunlarının vaxtı və potensial rəqibləri açıqlandı

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunlarının vaxtı açıqlanıb.

Boyukmillet.com UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın rəqibi avqustun 31-də İsveçrənin Nyon şəhərindəki püşkatmadan sonra bəlli olacaq.

Komanda ilkin mərhələnin birinci qarşılaşmasını sentyabrın 29-da, cavab görüşünü isə oktyabrın 20-də keçirəcək.

Çempionlar yolu:

“Deportivo La Korunya” (İspaniya), “Köln” (Almaniya), “Empoli” (İtaliya), “Anje” (Fransa), “Benfika”(Portuqaliya) , “Genk” (Belçika), “Şaxtyor” (Donetsk, Ukrayna), AZ (Alkmaar, Niderland), “Trabzonspor” (Türkiyə), “Zaltsburq” (Avstriya) , “Midtüllan” (Danimarka), “Reyncers” (Şotlandiya) , “Sparta” (Praqa, Çexiya), APOEL (Kipr), “Yanq Boyz” (İsveçrə), PAOK (Yunanıstan), “Srvena Zvezda” (Serbiya), Hayduk” (Xorvatiya), “Hammarbü” (İsveç) “Rosenborq” (Norveç), “Makkabi” (Hayfa, İsrail), “Kayrat” (Qazaxıstan), “Minsk” (Belarus), “Qəbələ” (Azərbaycan), “Septemvri” (Sofiya, Bolqarıstan), Csikszereda “Merkurya Çuk” (Rumıniya), “Poqon” (Polşa), “Jilina” (Slovakiya), “Domjale” (Sloveniya), MTK (Budapeşt, Macarıstan), “Jalgiris” (Litva), “Akademiya-04” (Ermənistan)

Qeyd edək ki, 2020/2021 mövsümündə UEFA Gənclər Liqası koronavirus pandemiyası səbəbindən ləğv edilib. “Qəbələ” ilkin təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşmalı idi.

Check Also

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish …