Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan icmasının Ankara təmsilçiliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Qərbi azərbaycan icmasının Ankara təmsilçisi, araşdırmaçı yazar Dr. Derya Akdemir icmanın adından Iğdırın Kızzəkir kəndində yaşayan imkansız ailələrə yardım aparıb. Araşdırmaçı yazar mediaya açıqlamasında bildirib ki, bu kənddə yaşayan əslən Azərbaycanlı olan ailələrə aparılan yardımlar onların hədsiz köməyinə səbəb olub: “Bu kimi fəaliyyətləri icmamız adına bundan sonra da davam etdirmək niyyətindəyik. Həmin yardımları paylayanda o uşaqların, o körpələrin sevincini görməli idiniz. Onlar həmin isti paltarları, ayaqqabıları geyinəndə mən də onlarla bir yerdə isinirdim. Və insanların bir biri ilə yardımlaşaraq, həmrəylik nümayiş etdirərək yaşamalı olduğuna özlüyümdə qənaət gətirirdim. Bizə bu apardığımız yardımlarda öz dəstəyini əsirgəməyən Qərbi Azərbaycan İcmasının rəhbərliyinə öz dərin təşəkkürümüzü bildiririk. Onların mənəvi dəstəyi sayəsində bizlər də burda Qərbi Azərbaycan icmasının Ankara təmsilçiliyi olaraq dəyərlərimizə, gələcək nəsillərə sahib çıxmağa səy göstəririk və bundan sonra da eyni şövqlə çalışmağa davam edəcəyik”.
Check Also
Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir
Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …