Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Azərin xanım ürəkləri fəth etdi!

Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanınmasında Türkiyənin İzmit şəhərində yaşayan Bilal Dündarın da müstəsna xidmətləri var. Bilal Dündar Azərbaycan kökənli Türkiyə vətəndaşıdır.Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəridir. Bilal Dündar Türkiyədə yaşayan yeganə şəxsdir ki, Xocalı soyqırımının qurbanlarının xatirəsinə möhtəşəm abidə qurulmasına zəruri dəstək göstərib. O, Kocaeli vilayətində Heydər Əliyev adına Mədəniyyət Mərkəzi yaradıb.Bu mərkəzdə Qarabağ faciəsini özündə əks etdirən muzey yaradılıb. Muzeydə Azərbaycana aid 3000-dən çox nəşr mövcuddur.Muzeyi ziyarətə gələnlərin ardı- arası kəsilmir. Bilal Dündar Dövlət Başçısının müvafiq Sərəncamı ilə diaspor sahəsindəki fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb.Azərbaycan Ordusu sentyabrn 27-də Ermənistan silahlı qüvvələrinə qarşı antiterror əməliyyatına başlayan gündən Kocaeli Heydər Əliyev  Mədəniyyət Mərkəzinə ziyarətə gələnlərin sayı xeyli çoxalıb.Türkiyənin müxtəlif vilayətlərinin nümayəndələri , həmçinin Kocaeli vilayəti rəhbərliyi Muzeyi ziyarət edərək xatirə kitabına öz qeydlərini yazıblar.
Noyabrn 14-də Azərbaycana dəstəyini bildirmək üçün Heydər Əliyev adına Kocaeli Azərbaycan Mədəniyyət Mərkəzinə gələnlərin arasında tanınmış ifaçısı Azərin də oldu. Azərin xanım öncə Kocaelində ali təhsil alan Azərbaycanlı tələbələrlə görüşdü.Tələbələr ona tər çiçək dəstələri təqdim etdilər.Daha sonra muzeylə tanış olan Azərin xanım xatirə kitabına öz ürək sözlərini yazdı.Daha sonra Beynəlxalq Konqres Mərkəzində Azərbaycana dəstək məqsədilə maraqlı tədbir təşkil olundu.Kocaeli Büyükşehir belediye başkanı Doç Tahir Büyükakın, Büyükşehir belediye başkan Vekili Yaşar

Çakmak,həmçinin bu şəhərdə fəaliyyət göstərən bütün təşkilatın nümayəndələri tədbirə qatıldılar.Koronovirusla mübarizə çərçivəsində salonda sanitar-epidemioloji qaydalara ciddi əməl olundu. Azərin “Çırpınırdı Qara Dəniz” mahnısını oxuyanda bütün zal ayağa qalxdı və yüksək səslə alqış səsləri eşidildi.Tədbirin sonunda Bələdiyyə Başkanının köməkçisi Yaşar Çakmak və Federasiya adından Bilal Dündar Azərin xanıma qiymətli hədiyyələr təqdim etdilər.

Sənan İmanov,
Şamilə Şamilqızı,
Bakı, 15.11.2020.

Check Also

Cənub rayonlarının enerji verilişində fasilə yaranacaq

“Azərişıq” ASC-nin Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində …