Bazar , 19 May 2024
Drone Cameras

Qərbi Azərbaycan İcmasının Niderlandda nümayəndəliyi TƏSİS EDİLDİ – Fotolar

Niderland Krallığının Haaqa şəhərində Qərbi Azərbaycan İcması nümayəndəliyinin təsis iclası keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının Beynəlxalq Əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin dosenti Həqiqət Hacıyeva iştirak və çıxış edib.

Haaqada yerləşən Niderland Türk Azərbaycan Kültür Dərnəyində baş tutan iclasda Həqiqət Hacıyeva İcmanın məqsəd və məramından söz açdıqdan sonra, nümayədəlik öz idarə heyətini seçib. 

İcmanın Niderland Krallığındakı nümayəndəliyinin təmsilçisi Benilüks Azərbaycanlıları Konqresinin vitse-presidenti Sima Cəfərova seçilib. 

İcma nümayəndəliyinin sədr müavini Bənövşə Əzizova, qurumun mətbuat katibi  isə Benilüks Azərbaycanlıları Konqresinin mətbuat katibi Gülnarə Əliyeva seçilib. 

Çıxış edən idarə heyəti üzvləri onlara göstərilən etimada görə Qərbi Azərbaycan İcmasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərliyə təşəkkür ediblər. 

İcma nümayəndəliyinin sədr müavini Bənövşə Əzizovanın Qərbi Azərbaycan İcmasının Avropada fəaliyyətə başlayacaq nümayəndəliklərinin mərkəzi ofisinin məhz Niderland Krallığında yerləşməsi təklifi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış və İcma rəhbərliyinə müvafiq müraciət qəbul edilib. Həqiqət Hacıyeva müraciəti Qərbi Azərbaycan İcması rəhbərliyinə çatdıracağını və müvafiq qərar qəbul olunacağını bildirib. 

Sonda, Həqiqət Hacıyeva tərəfindən yeni seçilmiş nümayəndəliyin təmsilçisi Sima xanım Cəfərovaya Qərbi Azərbaycan İcması adından xatirə hədiyyəsi təqdim edilib.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …