10 aprel 2022-ci il tarixdə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının növbəti iclası keçirilmişdir.İclası giriş sözü ilə Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli açmışdır.Sonra QAİ sədrinin birinci müavini Mirfaiq Mirheydərli son iclasdan ötən iki həftə ərzində bölgədə və dünyada baş verən hadisələr, bu müddətdə Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə məlumat vermişdir. O, aprelin 6-da Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş Naziri Nikol Paşinyanla görüşü üzərində dayanmış, bu görüşdə əldə olunan nəticələri Azərbaycan diplomatiyasının növbəti uğuru və qələbəsi kimi dəyərləndirmişdir.Sonra iclasın gündəliyi müzakirəyə çıxarılmışdır, gündəliyə dörd məsələ daxil edilmiş və qəbul olunmuşdur:1. Pandemiyanın bitməsi ilə əlaqədar yeni iş sisteminə keçid haqqında; 2. Qərbi Azərbaycan İcması strukturlarının işinin səmərəliliyinin artırılması haqqında; 3. Qərbi Azərbaycan İcmasının Niderland nümayəndəliyinin və Avropa ofisinin yaradılması haqqında; 4. Cari məsələlər. Millət vəkili Əziz Ələkbərli gündəlikdəki birinci və ikinci məsələlərlə bağlı çıxış etmiş, məsələlər ətrafında geniş müzakirə aparılmış, müvafiq qərarlar qəbul edilmişdir. Gündəlikdəki üçüncü məsələ barədə QAİ Aparat rəhbəri Abduləli Həsənov məlumat vermişdir. O, Qərbi Azərbaycan İcmasının beynəlxalq əlaqələr üzrə sədr müavini Həqiqət Hacıyevanın Niderlanda səfəri, Haaqa şəhərində 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən tədbir, Haaqada Qərbi Azərbaycan İcmasının Niderland təmsilçiliyinin və Avropa ofisinin yaradılması barədə ətraflı məlumat vermişdir.Sonda cari məsələlər nəzərdən keçirilmişdir.İclasda müzakirə olunan məsələlər ətrafında Əziz Ələkbərli, Mirfaiq Mirheydərli, Abduləli Həsənov, Telli Pənahqızı, Polad Poladov, Valeh Mustafayev, Sona Çərkəz, Leyla Abdullayeva, Yavər Quliyev, Azadə Novruzova, Töhfə Məmmədova və b. çıxış etmiş, rəy və təkliflərini bildirmişlər.
Check Also
Azərbaycan jurnalistə təzminat ödəyəcək
AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …