Çərşənbə , 15 Aprel 2026
Drone Cameras

Qərbi Azərbaycanla bağlı işçi qrup yaradıldı

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzində ( İSBAM ) Qərbi Azərbaycan məsələləri üzrə İşçi Qrupu yaradılıb.

Boyukmillet.com xəbər verir ki, bu haqda məlumatı İctimai Siyasi Proselər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli öz feysbuk hesabında paylaşıb.

Mərkəz rəhbəri daha sonra bunları qeyd edib:

“İşçi Qrupuna Samir Şahverdiyev rəhbərlik edəcək.

Bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər haqda ictimaiyyətə məlumat veriləcək.

Qərbi Azərbaycan mövzusunu əhatə edən tədbirlərimiz, ortaq fəaliyyət barədə protokol imzaladigimiz Qərbi Azərbaycan İcması ilə birgə həyata keçiriləcək”.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …