Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Qətərin Baş naziri İsrailə xəbərdarlıq edib

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada sülh üçün fürsət tapmaq üçün bütün cəhdləri puça çıxarır.

Bu barədə Boyukmillet.com “Al Jazeera” telekanalına istinadən xəbər verir.

Al Tani vurğulayıb ki, atəşkəslə bağlı danışıqlar aparan bir ölkədə danışıqlarçıları öldürmək cəhdi qeyri-qanuni olmaqla yanaşı, qeyri-etik və xəyanətdir:

“Bu gün biz dönüş nöqtəsinə çatmışıq ki, bütün region bu cür vəhşi davranışlara qarşı durmalıdır”.

Diplomat həmçinin qeyd edib ki, Qətər İsrailə cavab vermək hüququnu özündə saxlayır və onun suverenliyinin heç bir pozulmasına dözməyəcək.

Check Also

Britaniya XİN-dən Trampa ETİRAZ

Mərkəzi Hind okeanındakı Çaqos arxipelaqının Mavriki suverenliyinə verilməsi Dieqo Qarsiyadakı hərbi bazanın qorunması üçün yeganə …