Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Qəzzada aclıqdan ölənlərin sayı 460-a çatıb

Son 24 saat ərzində İsrail qüvvələrinin hərəkətləri nəticəsində ən azı 65 fələstinli həlak olub, daha 153 nəfər yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, münaqişə nəticəsində həlak olan qəzzalıların ümumi sayı 67 139 nəfərə çatıb, 170 000-ə yaxın yaralı var.

Səhiyyə Nazirliyi onu da vurğulayıb ki, son 24 saat ərzində daha bir aclıqdan ölüm halı qeydə alınıb. Odur ki, aclıq və qida çatışmazlığının yaratdığı fəsadlar nəticəsində ölənlərin ümumi sayı 460-a çatıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …